Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar faciəsinin növbəti ildönümü kollecdə anılıb

17 yanvar 2019 | 16:00

İctimai-siyasi, ideoloji və pedaqoji mövzulu və mədəni kütləvi  tədbirləri ilə diqqəti daha çox cəlb edən İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci “20 Yanvar qan yaddaşımızdır!” mövzusunda tələbə və müəllimlərin iştirakı ilə anım tədbiri keçirib.
Aparıcılar 20 yanvar faciəsinə gələn yoldan, faciənin törənmə səbəbləri və nəticələrindən, dövlətin 20 yanvar şəhidlərinin ailələrinə və əlillərinə göstərdiyi qayğıdan ətraflı danışıblar.
Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 20 yanvara həsr olunmuş filmə baxılıb. Şəhidlərin ruhuna dərin ehtiramın ifadəsi olan mahnıları tələbələr səsləndiriblər.
20 yanvar faciəsi baş verən zamanlarda fəaliyətdə olmuş dövlət qulluğu veteranı Valeh Salehov, kollecin tarix müəllimi Mövlud Ağayev, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı rayon Komitəsinin sədri Hafiz Kərimov çıxış ediblər. Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi rayon filialının sədr müavini Kamil Dadaşov 20 yanvar şəhidliyindən və onun Qarabağ müharibəsində igid vətən oğullarının sıralarında da geniş miqyas almağından danışıb, gəncləri hərbi biliklərə bacarıqla yiyələnməyə çağırıb.
Kollec tələbələrinin 20 yanvar faciəsinin ruhi ağırlığını yaşaya-yaşaya təqdim etdikləri ədəbi-bədii kompozisiya, şəhidlərə həsr olunmuş və mübarizəyə çağırış xarakterli şeirlər rəğbətlə qarşılanıb.
Tədbir kədərli notlar üzərində qurulsa da, əsil vətənpərvərlik, mübarizlik ruhu ilə yekunlaşıb.

Keçidlər