İftar axşamları
27 iyulda Tircanda iftar axşamında iştirak edənlər vətənimizin bütövlüyü naminə, torpaqlarımız uğrunda şəhid olmuş igid oğullarımızın ruhuna dualar oxudular. Hacı Hikmət Qurani-Kərimdən surə oxudu, Hacı Eldəniz azan verdi. Bərabərlik, ülfət, ibadət məclisi olan iftar süfrəsi ən xoş arzularla, millətimizin, ölkəmizin yüksəlişinə dualarla yekunlaşdı.
***
Ən çətin zamanlarda belə İslami dəyərləri saxlamış, Allaha ibadət etmiş Basqallı müsəlman qardaşlarımız 28 iyulda mərhəmətli, milli-mənəvi dini dəyərlərə söykənən insanın açdığı iftar süfrəsi ətrafına təşrif buyurdular. Müqəddəs ramazan ayının hər günü bir bayramdır. Basqalda da iftar axşamı bayram səviyyəsində keçirildi. Din xadimi, el ağsaqqalı Miryavər Hüseynov Yasin oxudu, Hacı Qalib insan ruhunu qidalandıran avazla azan verdi. Haqq yolunda olan iftar iştirakçıları bir-birinə ən xoş arzularını bildirdilər, dualar və sabahkı oruc üçün niyyət etdilər.