Şriftin ölçüsü :

Saytın rəngi :

Peşə Tədris Mərkəzinin akt zalında görüş-qəbul

23 yanvar 2019 | 16:00

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Peşə Tədris Mərkəzinin akt zalında yaxın ərazidə yaşayan şəhər sakinləri ilə görüş-qəbul keçirib. Şəhərin sürətli inkişafının, sosial problemlərinin uğurlu həllinin şahidi olan iştirakçılar görüş-qəbula mütəşəkkilliklə gəlmişdilər.
Giriş nitqi ilə tədbiri açan RİH-nin başçısı Mirdaməd Sadıqov 2018-ci ildə görülən işlərdən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ötən il avqust ayının 25-26-da İsmayıllıya səfəri zamanı bəxş etdiyi yeni sosial-iqtisadi həyatdan, sərəncamları əsasında icrasına başlanmış yeni layihələrdən və şəhər ərazisində 2019-cu ildə görüləcək tikinti-quruculuq-abadlıq işlərindən, işsizliyin minimuma endirilməsi ilə bağlı tədbirlərdən və sair məsələlərdən ətraflı danışılıb.
Giriş nitqindən sonra 20 yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş ədəbi-bədii kompozisiyada ana obrazını yüksək səviyyədə yaratdığına görə şəhər 3 saylı tam orta məktəbin XI sinif şagirdi Zərifə Həlimovaya Fəxri fərman və RİH-nin hədiyyəsi təqdim olunub.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov iştirakçıların fikir, arzu, təklif və istəklərini dinləyib. Babək küçəsinin sağ tərəfində qazın təzyiqinin aşağı olduğu, Aşağıbaş məhləsinin bir hissəsində elektrik təsərrüfatının əsaslı təmirə ehtiyacı olduğu, dəmir yığan, aliminium yığan adları altında məhlələrə gələn naməlum adamların hərəkətlərinə nəzarətin gücləndirilməsinin vacibliyi, 1 saylı məktəbin qarşısında nəqliyyatın yol-patrul xidməti tərəfindən ciddi tənzimlənməsinə ehtiyac olduğu bildirilib. Narahatçılıq yaradan sahibsiz heyvanlarla bağlı qanuni tədbir görülməsi xahiş edilib.
Qaldırılan hər bir məsələnin icrası ilə əlaqədar tapşırıq verən RİH-nin başçısı Mirdaməd Sadıqov onu da bildirib ki, Kamran Məmmədov küçəsinin işıqlandırılması, M.Müşfiq küçəsinin asfaltlanması, A.Aslanov küçəsinin yaşıllaşdırılması, çayxana və kafelərin tam qanunauyğun formada işinin təşkili aid təşkilatlarla birgə gündəlik diqqətimizdə olacaqdır.
Vətəndaş marağı ilə görüş-qəbula gələnlər oradan razılıqla gediblər.

Keçidlər