İntellektual yarışda üçüncü
04 fevral 2019 | 16:00
2-3 fevral 2019-cu il tarixlərdə Bakı Konqres Mərkəzində Azərbaycan Gənclər Fondunun təşkilatçılığı ilə Gənclər Gününə həsr olunmuş İntellektual Klublar arasında Gənclər Kuboku üzrə çoxnövçülük turniri təşkil edilmişdi.
Turnir 90 suallıq Nə? Harada? Nə zaman?, Erudik Kvartet və Breyn Rinq oyunu üzrə ümumilikdə 60-dan artıq komanda mübarizəyə qatılmışdı.
İsmayıllı rayonunu təmsil edən “İsmayıllı Klubu” komandası qalib gəldiyi oyunlara və nəticələrə görə ümumi reytinq xalında üçünçü yerlə kifayətlənib.
Qaliblərə kubok, medal və digər hədiyyələr təqdim olunub.
Qalibləri təbrik edirik və uğurlar arzulayırıq.