Şriftin ölçüsü :

Saytın rəngi :

Şagirdimiz “Access Summit”də iştirak etmək hüququ qazanıb

30 iyul 2013 | 15:00

İ.Həsənov adına  İsmayıllı şəhər 1 saylı tam orta məktəbin şagirdi, İsmayıllı EAMP (English Access Microscholarship Programme) layihəsinin tələbəsi Şaiq Xalıqlı ABŞ-ın Ukraynadakı səfirliyinin 30 sentyabr - 2 oktyabr tarixində  paytaxt Kiyevdə EAMP layihəsinin müəllim və şagirdləri üçün təşkil etdiyi beynəlxalq “Access Summit”də iştirak etmək hüququ qazanıb. Sammitdə 10-a yaxın dövlətin hər birindən 3 şagird və 2 müəllimdən ibarət heyət iştirak edəcək. Sammitin fasilitasiyası üçün ingilis dilinin tədrisi üzrə xüsusi mütəxəssislər dəvət edilib. Sammitə iştirakçılar müsabiqə yolu ilə seçiliblər. Qeyd edək ki, EAMP layihəsi artıq 2 ildir ki, İsmayıllı rayonunda da tətbiq edilir. Layihə üçün mərkəz İsmayıllı şəhər 1 saylı tam orta məktəb, təlimçi isə məktəbin ingilis dili müəllimi Ruhiyyə Mahmudovadır.
     Ölkəmizi sammitdə təmsil edəcək iştirakçılara, eləcə də şagirdimiz Şaiq Xalıqlıya uğurlar diləyir və Azərbaycanımızı layiqincə təmsil edəcəyinə ümidvar olduğumuzu bildiririk.

Keçidlər