Kürdmaşı kəndində əhaliyə səyyar tibbi xidmət göstərilib.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov 31 yanvar 2019-cu il tarixdə Kürdmaşı kəndi sakinlərinin qəbul edərkən Rafiq Bayramov bildirmişdir ki, pediatrdan savayı heç bir ixtisaslı həkim yoxdur. Kürdmaşıya, ətraf kəndlərə də xidmət etməli olan həkim məntəqəsi bu səbəblərə və eyni zamanda nəqliyyat vasitəsi olmadığına görə funksiyasını yerinə yetirməkdə çətinlik çəkir. Mirdaməd Sadıqov vəziyyəti yaxşılaşdırmaq üçün əsaslı tədbirlər görülənədək həkim briqadasını kəndə göndərməyi və əhalinin tibbi müayinədən keçirilməsi üçün müvafiq tədbirlərin görülməsini mərkəzi xəstəxananın baş həkiminə tapşırdı.
.Tapşırığa əsasən 05 fevral 2019-cu il tarixdə Rayon Mərkəzi Xəstəxanasının sahalər üzrə həkim briqdası Kürdmaşı kənd həkim məntəqəsində ehtiyacı olan sakinləri qəbul etmiş və tibbi müayinədən keçirmişdir. Aksiyanın sonunda səhiyyə tədbirini həssaslıqla həyata keçirənlərə, tapşırıq verənlərə və onu icra edənlərə də sakinlər təşəkkürlərini bildirdilər.