Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı rayonunda region gəncləri üçün qış düşərgəsi keçirilib

11 fevral 2019 | 16:00

8-9-10 fevral  2019- cu il tarixlərdə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və İsmayıllı rayon İcra Hakimiyyətinin  əməkdaşlığı ilə “Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı”  İctimai Birliyi tərəfindən "Region gəncləri üçün qış düşərgəsi"  layihəsi çərçivəsində  düşərgə həyata keçirilmişdir.
        İsmayıllı Olimpiya İdman Kompleksində baş tutan  və maarifləndirmə və ekskursiya  proqramı çərçivəsində təşkil edilən "Region gəncləri üçün qış düşərgəsi”nin  əsas məqsədi cəbhəyanı bölgələrdə, ucqar məcburi köçkün qəsəbələrində və kəndlərdə yaşayan  yeniyetmə və gəncləri  əhatə edərək, onların  şəxsi inkişafına, sosiallaşmasına stimul verərək, həyata fərqli baxış və liderlik bacarıqlarını inkişaf etdirmək, ictimai fəallığının və təhsilə marağının artmasını yəşkil etməkdən ibarət olub.
        Füzuli, Beyləqan, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, Kürdəmir və İsmayıllı rayonundan olan düşərgə iştirakçıları  müxtəlif maarifləndirici sessiyalarda  - Azərbaycanı tanı, bölgənin tarix və maddi-mədəniyyət abidələri, fərdi inkişaf, kommunikasiya və ünsiyyət,  gənclərin ictimai fəallığının yüksəldilməsi kimi mövzular ətrafında müzakirələr aparılmaqla yanaşı,  gənclər üçün yaradılan imkanlardan yararlanma (Gənclər Fondu və təklif etdiyi imkanlar, Gənclər Evləri və onların fəaliyyətləri, Gənclər Mərkəzləri, Olimpiya İdman Kompleksləri,  gənclərə göstərilən peşə və özünüməşğulluq və digər aktiv əmək bazarı proqramları) haqqında da məlumatlar verilmişdir.
       Layihənin eksperti Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Müzəffər Hüseynov olmuşdur. 
       Düşərgə zamanı gənclər təlim sessiyalarında iştirakla bərabər,  İsmayıllı rayonunda  Heydər Əliyev Mərkəzinə, Tarix-diyarşünaslıq muzeyinə səfər, intellektual-əyləncəli müsabiqələr, idman yarışlari, eko-tur, Olimpiya idman kompleksinin imkanlarından yararlanmaq  fürsətlərii əldə etmişlər və maraqlı fikir mübadilələri aparmışlar.

Keçidlər