Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısının İsmayıllı şəhəri ərazisində növbəti görüş-qəbulu

09 fevral 2019 | 16:00

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov İsmayıllı şəhərinin Heydər Əliyev pr, H.B.Zərdabi və M.P.Vaqif küçələrinin sakinləri ilə həmin ərazidə yerləşən mərasim evində görüş-qəbul keçirib.
RİH başçısı qəbulda ilk olaraq ölkə başçısının ərazilərdə əhalinin sosial müdafiəsi ilə bağlı apardığı siyasətdən, abadlaşma, işsizliyin aradan qaldırılması, əhalinin sosial problemlərinin həlli ilə bağlı gördüyü işlər barədə məlumat verdi. Görüş-qəbulda 192 nəfər iştirak edirdi. Onlarda 7-si çıxış edərək əvvəlcə ölkədə və rayonda görülən işlərə görə minnətdarlıq etdilər, daha sonra problemləri ilə bağlı RİH başçısına müraciətlərini çatdırdılar.
H.B.Zərdabi küçəsində yaşayan İskəndərov İskəndər yaşadığı ərazidə olan yanğın təhlükəsizliyi hidrantının suyunun boşuna axıb getdiyini və yaşadığı binanın kanalizasiya xəttinin tutulduğunu bildirdi və tədbir görülməsini xahiş etdi. Hüseynova Vəsilə yaşadıqları küçəyə asfalt vurulmasını və kanalizasiya xəttinin çəkilməsini, Əsədova Heyvaxanım uzun illər rayonda fəaliyyət göstərmiş “Melosutikinti” idarəsinin yeməkxanasını özəlləşdirmək istədiyini, Heydər Əliyev prospektində yaşayan şəhid anası Şirinova Sürəyya yaşadığı binanın həyətinə asfalt vurulmasını, Abbasova Kövsər İsmayıl qızı qızının işlə təmin edilməsini, Qəhrəmanlı Nazxanım  kanalizasiya və su xətti çəkilməsini, Hüseynova Dilşad rayonun abad, səliqəli və təmiz saxlanılmasına diqqəti daha da artırmağı xahiş etmişdir.
RİH-nin başçısı vətəndaşların qaldırdıqları problemlərlə bağlı aiddiyəti şəxslərə və idarə rəhbərlərinə tapşırıqlar vermişdir.

Keçidlər