Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda narkomaniyaya qarşı maarifləndirici tədbir keçirilib.

12 fevral 2019 | 16:00

12 fevral 2019-cu il tarixdə İ.Həsənov adına  şəhər 1 saylı tam orta məktəbində  İsmayıllı Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə "Narkomaniya əsrin bəlası" mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə İsmayıllı Rayon Polis Şöbəsinin rəisi polis-polkovniki Şəmşir Kazımov, Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nəsimi Teymurov, təşkilati inspektor qrupunun baş inspektoru polis polkovnik-leytenantı Şahin Əhmədov, yetkinlik yaşına çatmayanlarlın işləri üzrə baş inspektor polis baş leytenantı Rahim Orucov,  Təhsil Şöbəsi metodkabinetinin müdiri Şahin Gənciyev, məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər. Məktəbin direktoru Gündüz Qədirov tədbiri açaraq keçirilən maarifləndirici tədbirin əhəmiyətindən danışıb.  İsmayıllı rayon Polis Şöbəsinin rəisi, polis-polkovniki Şəmşir Kazımov narkomaniya və digər qanunazidd əməllərin fəsadlarından danışıb, yeniyetmələrə belə zərərli vərdişlərdən uzaq olmağını tövsiyə edib.  Rayon İcra Hakimiyyətinin əməkdaşı Nəsimi Teymurov narkomaniyanın bəşəriyyət üçün böyük bəla olduğunu diqqətə çatdırıb və belə maarifləndirci tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd edib. Digər çıxışçılar narkomaniyanın sağlamlığa, insan mənəviyyatına  zərərlərindən danışaraq, şagirdləri bu cür əməllərdən uzaq olmağa səsləyiblər. Tədbirin sonunda narkomaniyanın zərərlərinə həsr olunmuş qısametrajlı film nümayiş olunub.

Keçidlər