Bələdiyyə üzvlərinin vəzifə borcu
İyul ayının 26-da RİH başçısı Mirdaməd Sadıqov Heydər Əliyev Mərkəzinin konfrans zalında İsmayıllı bələdiyyəsinin üzvləri və qulluqçularını qəbul edib.
Bələdiyyənin şəhər həyatında rolu və mövqeyi ilə maraqlanan başçı yerli özünüidarə orqanının qarşısında duran başlıca vəzifələrdən danışıb.
Bələdiyyənin sədri Fəqan Məmmədov 2013-cü ilin birinci yarısında bələdiyyənin iş planına daxil olunan, icrası başa çatdırılan işlər barədə məlumat verib. Sədr ötən ilin eyni vaxtı ilə müqaisədə toplanan torpaq vəəmlak vergisində az da olsa artım olduğunu bildirib. Bu artımın Mican, Qəzli vəİsmayıllı kəndlərinin şəhər ərazisinə daxil edilməsi səbəbindən əmələ gəldiyi açıqlanıb. F.Məmmədov açıqlamasında gorülmüş işlərlə yanaşı qarşıda duran vəzifələrə də yer ayırıb.
Başçıİsmayıllışəhərində gedən quruculuq işləri fonunda bələdiyyə tərəfindən görülən işlərin o qədər dəürəkaçan olmadığını təəssüflə qeyd edib, bələdiyyə sədrinə, üzvlərə və bələdiyyə qulluqçularına ayrı-ayrılıqda tapşırıqlar verib.
RİH başçısı işdə dönüş yaratmaq məqsədi ilə hər bir bələdiyyəüzvüüçün görəcəyi işin müəyyənləşdirilməsinin vacibliyini diqqətəçatdırıb.
Qarşıdan gələn il üçün mükəmməl iş planının tərtib olunması bələdiyyəüzvlərinə tövsiyə edilib. Görüşdə başlıca məqsəd şəhər əhalisinin sosial həyatına neqativ təsir edən amillərin aradan qaldırılması, əhalidə yeni düşüncə tərzinin formalaşdırılmasında faydalı addımlar atmağa yönəldilib.
Səmimi söhbət şəraitində keçən görüşdə bələdiyyəüzvlərinə seçici etimadını doğrultmaq istiqamətindəəməli işə meydan verməsi vəzifə borcu kimi bir daha xatırlanıb.