Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı Rayon İcra Hakimiyyəti hesabat verir

15 fevral 2019 | 16:00

15 fevral 2019-cu il tarixdə Rayon İcra Hakimiyyətinin İsmayıllı şəhər Mədəniyyət Mərkəzində “Rayonun 2018-ci ildə sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr”ə həsr olunmuş hesabat yığıncağı keçirilib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, Mədəniyyət Mərkəzinin foyesindəki sərgiyə baxış keçirilib.
Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov hesabat məruzəsi ilə çıxış edib. (Hesabat məruzəsini RİH-nin saytından (burdan) oxuya bilərsiniz)
Müxtəlif sahələrdə çalışan məsul işçilərin, sahibkarların, “Nəsimi ili” ilə bağlı gənc şair Turac Hilalın çıxışları dinlənilib.
86 saylı İsmayıllı seçki dairəsindən deputat Novruz Aslanov, 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən deputat Tahir Kərimli çıxış ediblər.
Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının məsul işçisi Qalib Əsgərov çıxış edərək,  2018-ci ildə Respublikanın və İsmayıllının inkişafından danışıb.
Hesabat yığıncağında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunub.
Hesabat iclası sona çatanadək monitorda ölkə rəhbərinin sərəncamları ilə həyata keçirilən layihələri və rayonun sosial-iqtisadi inkişafını əks etdirən slaydlar göstərilib.

 

Keçidlər