Şriftin ölçüsü :

Saytın rəngi :

"Narkomaniya əsrin bəlası" mövzusunda maarifləndirici tədbir keçirilib

21 fevral 2019 | 16:00

21 fevral 2019-cu il tarixdə İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbində İsmayıllı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə "Narkomaniya əsrin bəlası" mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə İsmayıllı Rayon Polis Şöbəsinin rəisi polis-polkovniki Şəmşir Kazımov, Rayon İcra Hakimiyyətinin nümayəndəsi Bəhruz Xələfov, təşkilati inspektor qrupunun baş inspektoru polis polkovnik-leytenantı Şahin Əhmədov, yetkinlik yaşına çatmayanlarlın işləri üzrə baş inspektor polis baş leytenantı Rahim Orucov, məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər. Məktəbin direktoru Elçin Məmmədov tədbiri açaraq qeyd edib ki, rayon polis şöbəsinin bu mövzuda silsilə tədbirləri şagirdlərin zərərli vərdişlərdən uzaqlaşmasında, ümumi tərbiyədə böyük əhəmiyyət kəsb edir. İsmayıllı rayon Polis Şöbəsinin rəisi, polis-polkovniki Şəmşir Kazımov narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı dövlətimizin hər zaman mübarizə apardığını bildirərək, narkomaniya və digər qanunazidd əməllərin fəsadlarından danışıb, yeniyetmələrə belə zərərli vərdişlərdən uzaq olmağını tövsiyə edib.

Rayon İcra Hakimiyyətinin əməkdaşı Bəhruz Xələfov narkomaniyanın əsrin bəlası olduğunu diqqətə çatdırıb və belə maarifləndirci tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd edib.

Digər çıxış edənlər də, narkomaniyanın sağlamlığa, insan mənəviyyatına zərərlərindən danışaraq, şagirdləri bu cür əməllərdən uzaq olmağa səsləyiblər.

İştirakçıların yekun rəyi belə olub ki, rayon polis şöbəsi narkomaniyaya qarşı mübarizəyə uğurla başlayıb, inamla davam etdir.

Keçidlər