Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
23 fevral 2019-cu il tarixdə Uşaq kitabxanasında İsmayıllı Rayon İcra Hakimiyyətinin və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı və rayon məktəblilərinin iştirakı ilə Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə RİH-nin məsul işçisi Gülnarə Mirzəliyeva çıxış edərək 1992-ci il 26 fevralda baş vermiş Xocalı soyqırımında ermənilərin törətdiyi vəhşilikləri barədə geniş məlumat verərək , Xocalı qətilamının xalqımızın qan yaddaşından silinməyəcəyini diqqətə çatdırıb.
Şəhər 3 saylı məktəb-liseyinin müəllimi Vasif Cabbarov Xocalı hadisələrinin azərbaycanlılara qarşı tarixi düşmənlərimiz olan ermənilər tərəfindən törədilən soyqırım olduğunu bildirib, “Xocalıya ədalət” kompaniyasının beynəlxalq aləmdə davam etdirildiyindən, gənclərin vətənpərvərlik tərbiyəsi ilə əlaqədar həyata keçirilən genişmiqyaslı tədbirlərdən danışıb.
Sonda “Xoca”filmi nümayiş olunub.