Növbəti nümayəndə günü keçirilib
Heydər Əliyev Mərkəzində növbəti “Nümayəndə günü” keçirilib. RİH başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov iclası açaraq iştirakçıları gündəliklə tanış edib.
Gündəlikdə duran birinci məsələ ilə əlaqədar R.Səmədov cıxış edərək İƏD üzrə nümayəndəliklərdə 26 fevral Xocalı faciəsinin 27-ci il dönümü ilə əlaqədar anım tədbirlərinin keçirilməsindən danışıb və bu barədə icra hakimiyyəti rəhbərliyinin tapşırıqlarını iştirakçılara çatdırıb.
R.Səmədov daha sonra nümayəndəliklərdə və bələdiyyələrdə keçirilmiş hesabat yığıncaqlarında qaldırılmış məsələlərin və tənqidi qeydlərin həlli barədə müəyyən olunmuş məsləhət, tövsiyə və tapşırıqlar barədə icra nümayəndələrinə və bələdiyyə sədrlərinə məlumat verib.
Sonda cari məsələlər müzakirə olunub, ərazilərdə görüləcək işlər, həyata keçiriləcək layihələr müəyyənləşdirilib.