İsmayıllıda sahibkarlığın vəziyyəti, problemlər və qarşıda duran vəzifələrə həsr olunmuş tədbir keçirilib
25 fevral 2019-cu il tarixdə İsmayıllı rayonunda sahibkarlığın vəziyyəti, probblemlər və qarşıda duran vəzifələrlə əlaqədar İsmayıllı Rayon Mədəniyyət Mərkəzində tədbir keçirilib.
Müşavirəni giriş sözü söyləyən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov rayonda sahibkarlıq sahəsində görülən işlərdən, ölkə rəhbərliyinin sahibkarlara göstərdiyi diqqət və qayğıdan ətraflı danışıb.
Məsələ ilə əlaqədar İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Şahin Hüseynov məruzə edib, sahibkarlıq obyektlərinin fəaliyyətini təhlil edərək, qarşıda duran problemlərdən danışıb.
Sonra rayonun sahibkarlarına söz verilib. “Sandal” firmasının rəhbəri Rüstəm Əhmədov, İsmayıllı Quşçuluq ASC-nin idarə heyyətinin sədri Zahid Qardaşov, tikiş fabrikinin drektoru Lətifə Əliyeva, “Xoşbəxt X” kiçik müəssisənin sahibi Ruhiyyə Süleymanova və digərləri görülən işlərdən, sahibkarları maraqlandıran problemlərdən danışıb.
Tədbirə dəvət olunan Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəis müavini Əmir Əmirli, Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Camalov, İqtisadiyyat Nazirliyinin Şirvan Regional bölməsinin müdiri Azər Qasımov, 10 saylı Ərazi Regional Vergilər idarəsinin rəisi Cavid Kəngərli çıxış edərək ölkə rəhbərinin sahibkarlığın inkişafına göstərdiyi qayğıdan,sahibkarlığın kreditləşmə mexanizmlərindən, vergi qanunvericiliyindən və sahibkarlıq sahəsində həyata keçirilən digər məsələlərdən danışıb.
Sonra rayon Sahibkarlar İctimai Birliyinin yeni tərkibi formalaşdırılıb. Könüllülük əsasında 9 nəfər üzvdən ibarət birliyə Əhmədov Rüstəm, Qardaşov Zahid, Göyüşov Ədalət, Aslanov Aslan, Əliyev Azad, Kazakov İvan, Süleymanova Ruhiyyə, Əliyeva Lətifə, Hacıyev Cümşüd üzv seçilib.
Tədbirin sonunda verilən suallar cavablandırılıb.