Şriftin ölçüsü :

Saytın rəngi :

“İvanovka – mənim doğma kəndim”

01 mart 2019 | 16:00

İsmayıllı rayonunun İvanovka kəndi 1953-cü ildən başlayaraq inkişaf-yüksəliş yolunu tutub. Həmin il buradakı kolxozun sədrliyi Nikolay Nikitinə etibar edilib. Ümummilli lider Heydər Əliyev İvanovkaya, onun Əmək qəhrəmanı olan sədrinə böyük qiymət verib. 23 iyul 1981-ci il tarixdə Ulu öndər İvanovkada olub, heyvandarlıq və yemçilik sahəsində qazanılan qabaqcıl təcrübə əsasında Respublika seminarı keçirib.
Cənab Prezident İlham Əliyev 2005və2009-cu illərdə İvanovkaya səfər edib. Səfərin ilkin nəticəsi olaraq hər cür tədris, idman, iaşə və məişət şəraiti olan məktəb tikilib. Məktəbə Ümummilli liderin adı verilib, önünə büstü qoyulub. Heydər Əliyev fondu məktəbə avtobus hədiyyə edib.
Pensiyaçı, tarix müəllimi Nadejda Vasilyevna Jabina İvanovkanın, ümumilikdə malakançılığın tarixindən bəhs edən “İvanovka-selomoye rodnoye” (İvanovka – mənim doğma kəndim”) kitabında qeyd olunanlardan ətraflı bəhs edib.
İvanovkanın tarixini və bu gününü dəqiq faktlar, hadisələr və mənbələr əsasında əks etdirən bu kitab ilkinliyi ilə də diqqəti cəlb edir.
Uzun illərin axtarışının, araşdırmalarının, daha yaşlı sakinlərlə (onlar çoxdan dünyalarını dəyişiblər) söhbətlərin nəticəsi olan bu kitab İvanovkaya həsr edilmiş birinci tarixi-publisist əsərdir. Əlbəttə, bu əsəri oxuyandan sonra onun əhəmiyyətini daha dərindən dərk etmək olar.
İvanovka tam orta məktəbinin akt zalında Rayon icra hakimiyyətinin, İsmayıllı və İvanovka ictimaiyyətinin, təhsil sisteminin nümayəndələrinin iştirakı ilə kitabın təqdimatı keçirilib. Müəllif əsil mənada yaradıcılıq məhsulu olan İvanovka üçün fundamental hesab edilən kitab üzərində necə işləməyindən, burada qələmə aldıqlarından ətraflı danışıb.
İvanovkanın “Slavyanoçka” folklor ansamblı və məktəbin bədii özfəaliyyət kollektivi təqdimat mərasiminə xoş ovqat gətirib.
Rayon ağsaqqallar şurasının sədri Valeh Salehov, İvanovka İnzibati Ərazi Dairəsi üzrə nümayəndə İvan Prokofyev, rayon təhsil şöbəsinin məsləhətçisi Mail Səfərov çıxış edib, müəllifin bu kitabı yazmaqla İvanovka qarşısında böyük xidmətlər göstərdiyini, tarixiliklə müasirliyi vəhdətdə götürməklə İvanovkanın yüksəlişini bacarıqla oxuculara çatdırdığını deyiblər.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı rayon komitəsinin sədri Hafiz Kərimov yaradıcı əməyinə görə müəllifə təşəkkür edib, Fəxri fərman və mükafata layiq görüb.
Kitabın redaktoru Şahməmməd Dağlaroğlu mətbuat təmsilçisi olaraq təqdimat mərasimində iştirak edib.

Keçidlər