“Dünyanın səsini duyaq” festivalının İsmayıllı (Cülyan) qalibləri
İçəri şəhərdə yerləşən “Nur Art House” sənət mərkəzində “Dünyanın səsini duyaq” Beynəlxalq Festivalının nəticələri əsasında qaliblərin mükafatlandırılması və yaradıcı işlərin təqdimat mərasimi keçirilib.
Azərbaycanda ilk dəfə keçirilən bu beynəlxalq festivalın təşkilatçıları UNESCO-nun nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (Təşkilatın rəhbəri yazıçı-jurnalist, Ukraynanın əməkdar jurnalisti Vasili Fyodroviç Tarçinetsdir), eləcə də UNESCO-nun Beynəlxalq Layihələrin Tətbiqi Mərkəzi, “NUR Art House”, “Resurs” Gənclərin İnkişafı Mərkəzi İctimai birlikləri və “Educenter” təşkilatı, “Təhsil dünyası” qəzetidir.
Cülyan kənd tam orta məktəbin şagirdləri Samirə Qədirova, Ayşə Şirinova, Amil Quluzadə, Elçin Abdullayev, Xədicə İlyasova və İsmayıl Əzizov festivalda iştirak edib, qaliblər sırasında yer tutublar.