Növbəti “Nümayəndə günü” keçirilib
14.03.2019-cu il tarixində Heydər Əliyev Mərkəzində növbəti “Nümayəndə günü” keçirilib. RİH başçısının birinci müavini Rövşən Ağayev, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov, İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Həsən Həsənov, İƏD üzrə nümayəndələr və bələdiyyə sədrləri tədbirdə iştirak ediblər.
Rövşən Ağayev iclas iştirakçılarını salamlayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş sərəncamların yerlərdə əhaliyə tam dolğunluğu ilə çatdırılması barədə geniş danışıb, İƏD üzrə nümayəndələrə və bələdiyyə sədrlərinə bu istiqamətdə daha fəal olmağı tövsiyə edib.
Həsən Həsənov çıxış edərək ərazilərdə tütün əkilməsi üçün sahələrin ayrılması və ştilliklərin salınması ilə əlaqədar məsləhətlərini verib.
Rüstəm Səmədov Novruz bayramının keçirilməsi barədə RİH başçısının təsdiq etdiyi tədbirlər planı ilə nümayəndələri tanış edib. Novruz bayramınadək şəhər, qəsəbə və bütün kənd ərazilərində ardıcıl iməciliklər keçirmək, təmizlik işləri aparmaq, hər bir sahədə səliqə-sahman yaratmaq, yol kənarlarında ağac əkmək, yaşıllaşdırma işlərini davam etdirmək və bayram günlərində gücləndirilmiş iş rejimində işləməyin vacibliyi barədə tapşırıqlar verib.
R.Səmədov daha sonra nümayəndəliklərdə aparılan təsərrüfatbaşına uçot sənədləri üzrə məlumatların Dövlət Statistika Komitəsinin elektron məlumat bazasına tələb olunan tarixlərədək daxil edilməsinin vacibliyini diqqətə çatdırıb.