“Ölkəmizi tanıyaq” layihəsinin iştirakçıları ilə görüş keçirilib
Martın 18-də Heydər Əliyev Mərkəzində İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində 23-26 mart tarixlərində Gəncə - Şəmkir – Göygöl – Tovuz –Qazax – Ağstafa istiqamətində tur-aksiyanın iştirakçıları və valideynləri ilə görüş keçirilib.
Tədbirdə RİH aparatının məsul işçiləri, təhsil işçiləri, RGİİ-nin əməkdaşları, valideyinlər və ictimaiyyətin nümayəndələri iştirak edib.
Məktəbliləri salamlayan İcra hakimiyyətinin başçısının müavini Sevil Əhmədova bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclərə diqqət və qayğısı nəticəsində qəbul edilmiş dövlət proqramlarının icrası ilə əlaqədar uşaqların, yeniyetmə və gənclərin hərtərəfli inkişafına xidmət edən layihələr həyata keçirilir. Cənab Prezidentin tapşırığına uyğun olaraq məktəblilərin tətil günlərində Prezident Administrasiyasının təşkilatçılığı ilə “Ölkəmizi tanıyaq” layihəsi üzrə ümumtəhsil məktəblərinin şagirdlərinin respublikanın müxtəlif bölgələrinə təşkil olunan tur-aksiyalar ənənə halını alıb.
Digər çıxışçılar–, RTŞ-nin aparıcı məsləhətçisi Mayıl Səftərov, şəhər 1 saylı tam orta məktəbinin şagirdi Lida Baxışova, şəhər 3 saylı məktəb liseyinin şagirdi Nazilə Ağazadə, Gəndov kənd ümumi orta məktəbin direktoru Xuraman Qasımova, valideyinlər adından çıxış edən Tatyana Jabina qeyd ediblər ki, bu layihə məktəblilərə vətənpərvərlik tərbiyəsi sahəsində böyük əhəmiyyətə malik olmaqla yanaşı eyni zamanda gənclərə Vətən tarixinin öyrədilməsində, onların respublikamızın sosial-iqtisadi inkişafı haqqında məlumatlandırılmasında əvəzsizdir. Çıxış edənlərin hər biri bu önəmli layihəyə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.