Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel döyüşlərinə həsr olunmuş inşa yazı müsabiqəsi

02 aprel 2019 | 16:00

Heydər Əliyev Mərkəzində İsmayıllı rayon Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı əsasında  Azərbaycanın Milli qəhrəmanlarının və ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərmiş gənclərin tanıdılması məqsədilə rayon ərazisində yerləşən  ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında Aprel zəfər döyüşləri Şəhidlərinin xatirəsinə həsr olunmuş “Vətən mənə oğul desə...” mövzusunda inşa-yazı  müsabiqəsi  keçirilib.
     Tədbirdə ilk öncə Azərbaycanımızın azadlığı, istiqlaliyyəti və müstəqilliyi uğrunda, Qarabağ müharibəsi zamanı canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Tədbiri rayon gənclər və idman idarəsinin rəis müavini  Rauf Rəcəbov  açaraq qeyd edib ki, məlum Aprel döyüşlərində İsmayıllıdan  olan   gənclər də öz igidlikləri, şəxsi şücaət və rəşadətləri ilə  elinə-obasına  başucalığı gətiriblər. Maçaxı kəndində dünyaya gəlmiş Mikayıl Vahabzadə   qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıb. Məhz Azərbaycan Ordusu müdrik və qətiyyətli sərkərdəmizin – Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə aprel döyüşlərində qələbə qazanıb, düşmənin layiqli dərsini verib. Aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini,  vətənpərvərliyini nümayiş etdirib.
Tədbirdə rayon icra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi  müdirinin müavini Murad Məhərrəmov ,  Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi rayon şöbəsinin  sədri Vidadi Zərbiyev, İsmayıllı rayon Veteranlar Şurasının sədri Əlaləm Babayev və təhsil şöbəsinin metodisti Ülviyyə Zeynalova   çıxış edərək mövzuya dair ətraflı danışıblar.
25 məktəbdən 58 şagirdin iştirak etdiyi inşa-yazı müsabiqəsi bir saat ərzində başa çatıb.

Keçidlər