“22 İyul Azərbaycan Milli Mətbuat Günü” münasibətilə “Azərxalça” ASC İsmayıllı emalatxanasına media tur təşkil olunub
“Azərxalça” ASC 16 iyul tarixində “22 İyul Azərbaycan Milli Mətbuat Günü”münasibətilə ölkənin aparıcı media vasitələrinin nümayəndələri üçün “Azərxalça” ASC İsmayıllı emalatxanasına media tur təşkil edib. Media turda jurnalistlərlə yanaşı İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, “Azərxalça” ASC – nin İdarə Heyətinin sədr müavini Emin Əfəndiyev, İstehsalat direktoru Əlisəfa Nuriyev və mətbuat katibi Xatuna Abdullayeva iştirak ediblər.
Tur zamanı emalatxana ilə tanış olan jurnalistlərə həm də qurumda son zamanlarda baş verən yeniliklər təqdim olunub.
Mediaturun təşkil edilməsində əsas məqsəd həm jurnalistləri, həm də cəmiyyəti "Azərxalça"da baş verən yeniliklərlə tanış etmək olub.
Media turdan sonra qonaqlar Babək küçəsində olub, divar rəsmləri ilə tanış olublar.