Taxıl yığımının yekunları müzakirə edildi
01 avqust 2013-cü il tarixində rayon Gənclər Mərkəzində rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun rayonda taxılçılıqla məşğul olan fermerlər və taxıl istehsalçıları ilə geniş tərkibdə görüşü keçirildi.
Görüşdə rayonda taxıl yığımının yekunları müzakirə edildi, qazanılmış müvəffəqiyyətin yolları açıqlandı. Qeyd olundu ki, rayonun taxıl istehsalı tarixində ən böyük müvəffəqiyyət bu il qazanılmış, taxıl istehsalçılarımız 80 min tona yaxın sarı kəhraba istehsal etmişlər, Məhsuldarlıq əvvəlki illə müqayisədə hər hektara 4,6 sentner artırılaraq 27,1-ə çatdırılmışdır.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısının müavini, aqrar məsələlər şöbəsinin müdiri Həsən Həsənov məruzə etmişdir.
Cənab Mirdaməd Sadıqov taxılçılarla açıq dioloq aparmış, fermerlərin problemlərini dinləmiş, onlara öz tövsiyyələrini vermişdir.
Müzakirələrdə taxılçı fermerlər, “Aqroservis” müəssisəsinin müdiri, mütəxəssislər öz fikir və təkliflərini bildirmiş, dövlətimizin taxılçılığın inkişafına yönəltdiyi qayğı və dəstəkdən bəhrələndiklərini demişlər.
Tədbirdə taxılçıların yüksək reproduksiyalı toxuma, mineral gübrələrə, texnikaya olan ehtiyacları və onun təminatı yolları müəyyən edilmişdir.