İsmayıllıda təmizlik aylığı keçiriləcək
İsmayıllı rayonu ərazisində 10 aprel- 10 may tarixləində Ümumilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş təmizlik aylığı keçiriləcəkdir. Bu məqsədlə Mədəniyyət Mərkəzinin zalında ümumrayon müşavirəsi keçirilmişdir. Rayon icra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov müşavirədə təmizlik aylığının keçirilməsi ilə əlaqədar iştirakçılara geniş məlumat verib. RİH başçısının birinci müavini Rövşən Ağayev iştirakçıları təmizlik aylığının tədbirlər planı ilə tanış edib.
Çıxışçılar Rayon Polis Şöbəsinin rəisi Şəmşir Kazımov, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi Ziya Cəbrayılov, şəhər bələdiyyəsinin sədri Pərviz Ağayev, Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi Mehman Cəfərov, Kommunal Müəssisələr Kombinatının direktoru Vidadi Məmmədov təmizlik aylığında görüləcək işlərdən danışıb.