Şriftin ölçüsü :

Saytın rəngi :

Poliatlon çoxnövçülüyü üzrə zona birinciliyi

11 aprel 2019 | 16:00

11   aprel  2019-cu il tarixdə İsmayıllı şəhər 3 nömrəli  məktəb-liseydə Yaz çağırışına həsr olunmuş “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə ölkə çempionatının zona   birinciliyi keçirilib.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndəsi Rəşad  Rəsulov   yarışı  açıq elan edib. Onu da bildirib ki, bu cür yarışların  davamlı olaraq keçirilməsi gənclərdə  və yeniyetmələrdə vətənpərvərlik hisslərinin artmasına səbəb olur. Belə yarışlar daimi olaraq keçirilməlidir. Nümayəndə sonda komandalara uğurlar arzulayıb.
İsmayıllı rayon Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov çıxış edərək,  gənclər arasında keçirilən yarışların yüksək nəticə verdiyini, belə  yarışların gəncləri məktəb yaşlarından vətənin müdafiəsinə mükəmməl hazırladığını deyib.  ”Güclu qalib olsun” devizi ilə çıxışını yekunlaşdıran T.Salehov sözü İsmayıllı rayon Təhsil Şöbəsinin metodisti İlham Vahabova verib. O da öz növbəsində  mövzu ətrafında çıxış edib.
Poliatlon dördnövçülük proqramına uyğun olaraq yarış 100 metr qaçış, 2000 metr kross, qumbara atmaq və turnikdə dartınma növləri üzrə keçirilmişdir. Yarışın yekununa əsasən Qax rayon komandası  I, Oğuz rayon komandası II və Qəbələ rayon komandası  III yerə layiq görülüb. I,II və III yerləri  tutan  komandalar Göygöl rayonunda keçiriləcək  Respublika birinciliyinə vəsiqə qazanıblar.

Keçidlər