Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllını bizdən soruşun!

04 avqust 2013 | 15:00

Əziz oxucular,
       Son zamanlar İsmayıllı Rayon İcra Hakimiyyətinə istinad edilərək  sosial şəbəkələrdə və internet resurslarında həqiqətə uyğun olmayan məlumatlar yayılır. Yayılan məlumatlara dərhal İcra Hakimiyyəti tərəfindən münasibət  bildirilməsinə, təkzib edilməsinə baxmayaraq bu hal davam etməkdədir. Bu məqsədlə məlumatı yayan xəbər agentliklərinin rəhbərləri ilə əlaqə saxlanılmış, jurnalist etikasının gözlənilməsi, çaşdırıcı məlumatların yayılmaması xahiş edilmişdir.
       Nüfuzlu xəbər portallarından bir neçəsi müraciətimizi qəbul edərək  rayon haqqında hər hansı  məlumatı bizimlə  dəqiqləşdirdikdən sonra internet resurslarında yerləşdirirlər.
        02 avqust 2013-cü il tarixdə  www.modern.az saytında İsmayıllı Rayon İcra Hakimiyyətinə istinad edilərək  yenidən həqiqətə uyğun olmayan “Prezident İsmayıllıya gedəcək” başlığı ilə  məlumat yerləşdirilmişdir.
        Bir daha müəllif Anar Rüstəmovla əlaqə saxlanılaraq jurnalist etikasına riayət edilməsi  və  İsmayıllı Rayon İcra Hakimiyyətinin adından məlumat yaymamaq xahiş edilmişdir. 
        Odur ki, İsmayıllı rayonu haqqında əldə etdiyiniz məlumatları bizdən dəqiqləşdirməyinizi xahiş edirik.

Keçidlər