Şriftin ölçüsü :

Saytın rəngi :

Təzəkənddə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı görüş-qəbul keçirib

13 aprel 2019 | 16:00

Tam orta məktəbin foyesində keçirilən görüş-qəbula Təzəkənd İnzibati Ərazi Dairəsinin sakinləri böyük mütəşəkkilliklə gəlmişdilər. Bu onun nəticəsi kimi qiymətləndirilməlidir ki, əhali öz problemlərinin həllini yerli icra strukturlarında görürlər.  RİH-nin başçısı Mirdaməd Sadıqovun Təzəkənd kəndində keçirdiyi görüş-qəbul bir daha deyilən fikrin təsdiqinə çevrilib.
Rayon icra hakimiyyətinin başçısı görüş-qəbulu giriş nitqi ilə açıb, 2019-cu ildə rayonda aparılacaq geniş miqyaslı tikinti-quruculuq işlərindən, yeni infrastruktur layihələrinin həyata keçirilməsindən, kənd təsərrüfatı istehsalının daha da artacağından ətraflı danışıb. Həm də özəl təsərrüfatçılıq istiqamətləri, kiçik biznesin qurulması barədə məsləhətlərini verib.
İştirakçıların təklifləri, arzu və xahişləri daha çox özünəməşğulluqla, ünvanlı sosial yardımla, sanitariya qaydalarına hər kəs tərəfindən ciddi riayət edilməsi ilə, həkim məntəqəsi tikintisi, kənddaxili yolların abadlaşdırılması, elektrik enerjisinin gücünün artırılması, məktəbin transformatoruna fərdi abonentlərin müdaxiləsinin aradan qaldırılması  ilə bağlı olub.
Mirdaməd Sadıqov hər bir məsələni konkret icraçıya tapşıraraq tədbiri yekunlaşdırıb.

Keçidlər