Rayonda Respublika Gigiyena və Epidemiologiya Mərkəzi seminar müşavirə keçirib.
12 aprel 2019-cu il tarixdə Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən bir sıra Dövlət Proqramlarının həyata keçirilməsi və icrası ilə bağlı seminar-müşavirə keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyəti başsının müavini Sevil Əhmədova, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İqbal Səfərova, həkim-gigiyenist Narınc Orucova, Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov, İsmayıllı Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Xanlar Qəmbərov, ümumtəhsil məktəblilərinin və məktəbəqədər uşaq müəssisələrinin rəhbərləri və tibb işçiləri iştirak edib. Tədbiri Sevil Əhmədova açaraq qonaqları salamlayıb, ölkə rəhbəri tərəfindən uşaqların və yeniyetmələrin sağlamlığının mühafizəsi ilə bağlı verilən qanunların icrası, keçirilən maarifləndirici tədbirlər barədə ətraflı məlumat verib. Sonra Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İqbal Səfərova çıxış edərək uşaq və yeniyetmələrdə profilaktik tibbi müayinələrin yaxşılaşdırılması,təhsil müəssisələrində su təminatın yaxşılaşdırılması , məktəblilər arasında sağlam mühit və sağlam həyat tərzi, tütün çəkmənin, spirtli içkilərin və narkomaniyanın zərərləri barədə məlumat verib. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin həkim-gigiyenisti Narınc Orucova qida məhsullarının istifadəsi, təhsil müəssisələrində qidalanmaya necə nəzarət edilməsi barədə çıxış edib. İsmayıllı Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Xanlar Qəmbərov rayonda bu sahədə aparılan işlər həyata keçirilən tədbirlər barədə danışıb. Sonda verilən suallar cavablandırılıb.