Eroziyaya qarşı mübarizə tədbirləri davam etdirilir
14 aprel 2019 | 16:00
Son illərdə Almaniya Beynəlxalq Əməkdaşlıq və İnkişaf Cəmiyyətinin “Böyük Qafqaz Regionunda Biomüxtəlifliyin İnteqrasiyalı İdarə olunması Layihəsi”tərəfindən Əhən və rayonun digər kəndlərində eroziyaya qarşı mübarızə tədbirləri həyata keçirilir. Cari ildə də bu kimi fəaliyyətlər davam etdirilib. Belə ki, Əhən kəndi ərazisində, ərazi icra nümayəndəliyinin, Əhən Bələdiyyəsinin və kənd icma üzvlərinin iştirakı ilə kəndin torpaq sürüşməsinə meyilli ərazilərində layihənin dəstəyi ilə 3000-dən artıq müxtəlif növ yerli şəraitə uyğun ağaclar əkilib.
Bu kimi tədbirlər bundan sonra davam etdirləcəkdir.