İsmayıllı gənclərinə “Günahsız günahkarlar” adlı tamaşa göstərilib
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.6.2-ci bəndinə əsasən gənclər arasında insan alveri ilə bağlı maarifləndirmə tədbirlərinin aparılması dövlət orqanlarının qarşısında öncül vəzifə kimi qoyulmuşdur.
Bununla əlaqədar Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı, İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin iştirakı ilə Bakı Uşaq Teatrı tərəfindən Uşaq və Gənclərin inkişafı mərkəzində “Günahsız günahkarlar” adlı tamaşa göstərilib. 350 nəfər gənc müasir zaman üçün böyük tərbiyəvi əhəmiyyət kəsb edən səhnə əsərinə maraqla baxıblar.
İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov gənclərin mənəvi ehtiyacını ödəmək səviyyəsində olan tamaşaya görə Bakı Uşaq Teatrının kollektivinə təşəkkürünü bildirib.
Rayon icra hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Sevil Əhmədova tamaşaya baxışda iştirak edib.