Şriftin ölçüsü :

Saytın rəngi :

Özbək qonaqlar Heydər Əliyev Mərkəzində keramika sərgisi açıblar

23 aprel 2019 | 16:00

Özbəkistan Respublikası Fərqanə Vilayətinin Riştan şəhərindən İsmayıllıya əməkdaşlıq sazişi imzalamaq üçün gəlmiş nümayəndə heyəti bir çox tədbirlərin iştirakçısı, keramika sərgisinin təşkilatçısı olub.
Keramika sərgisi rayon ictimaiyyəti nümayəndələrinin maraqla, mütəşəkkilliklə gəldikləri Heydər Əliyev Mərkəzində  açılıb.
Sərgi iki hissədən – keramika və çini məmulatlardan ibarət olub.
Tədbiri jurnalist, ictimai fəal, Ailə və uşaqlara dəstək mərkəzinin direktoru Lətifə Əliyeva açıb, sərginin məqsəd və məramından, Azərbaycan və Özbək xalqlarının sənətkarlığının qədim tarixindən və müasir durumundan danışıb.
Fəlsəfə elmləri doktoru, Özbəkistan Milli Universitetinin professoru Noginakhon Şermuhamedova hər bir eksponatın simvolik mənasını, sənətkarlıq dəyərini izah edib.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edərək deyib ki, ümummilli liderimiz Heydər Əliyev dünyanın bir çox ölkələrində, xüsusilə Özbəkistanda həmişə dərin hörmət və böyük ehtiramla anılır. Heydər Əliyev Mərkəzində sərginin təşkili də məhz bu münasibətə əsaslanıb.
Mirdaməd Sadıqov sonda nümayəndə heyətinə sərginin təşkilinə görə rayon ictimaiyyəti adından Azərbaycan və ingilis dillərində təşəkkür məktubu təqdim edib.
Qonaqlar sərgini bütün eksponatları ilə birgə Heydər Əliyev Mərkəzinə hədiyyə ediblər.

Keçidlər