Şriftin ölçüsü :

Saytın rəngi :

VII Muğam Televiziya müsabiqəsinin növbəti turu üçün məkan İsmayıllı seçilib

24 aprel 2019 | 16:00

Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət Nazirliyinin iştirakı ilə Mədəniyyət Fondunun layihəsi əsasında keçirilən muğam müsabiqəsi əsil sənət marafonuna çevrilib. Marafonun davamı - VII  Televiziya Muğam müsabiqəsi üçün növbəti məkan İsmayıllı şəhəri seçilib. Münsiflər heyəti, müsabiqə iştirakçıları, yaradıcı və texniki heyət, övladları ilə gələn valideynlər və digər qonaqlar üçün İsmayıllı Rayon İcra Hakimiyyəti hər cür şərait yaratmışdı.
Müsabiqə 23 aprel 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hərtərəfli qayğısı ilə yenidən qurulmuş, əsaslı təmir olunmuş və açılışını etdiyi şəhər Mədəniyyət Mərkəzində 270 nəfər tamaşaçının iştirakı ilə keçirilib.
Özbəkistandan gələn qonaqlar da tamaşaçılar sırasında olublar.
Müsabiqə iştirakçıları bu turda İmadəddin  Nəsiminin qəzəllərini oxuyublar.
Əvvəlcə Səməndər Rzayevin ifasında Nəsiminin bir şeirinin lent yazısı və ölməz muğam ustası Vahid Abdullayevin ifa etdiyi muğam səsləndirilib.
Müsabiqəyə yeni qatılmalarına baxmayaraq 8 nəfər müsabiqə iştirakçısı yüksək ifaçılıq nümunəsi göstərib. Beş nəfərdən ibarət münsiflər heyətindən 7 nəfər müsabiqə iştirakçısı 45, bir nəfər isə 44 bal alıb. Sonda oxuyan, əslən Xanagah kəndindən olan İlahə Rüstəmova daha sürəkli alqışlara layiq görülüb.
Özbəkistandan gələn sənətçilər də muğam və şən melodiyalar ifa ediblər.
Müsabiqənin təşkili və gedişindən məmnun qalan iştirakçılar Azərbaycan Prezidenti İlham Əliyevə, Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdar olaraq tamaşa zalından gediblər.

Keçidlər