Sağlam həyat tərzi mövzusunda inşa yazı müsabiqəsi
İsmayıllı şəhər Heydər Əliyev Mərkəzində rayon Təhsil Şöbəsinin və rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə “Sağlam həyat tərzi mənəviyyatımızın əsasıdır” mövzüsunda inşa-yazı müsabiqəsi keçirilib.
Gənclər və İdman idarəsinin baş məsləhətçisi Elmi Məmmədli tədbiri açıb, mövzü haqqında ətraflı məlumat verib, gənclərə uğurlar arzulayıb. Sonra isə tədbir iştirakçıları üçün “Sağlam həyat tərzi” mövzusunda film nümayiş etdirilib. Tədbirin təşkilatçılarından olan Təhsil Şöbəsinin metodisti Ülviyyə Zeynalova öz çıxışında sağlam həyat tərzinin bir neçə amillə şərtləndiyini məktəblilərin diqqətinə çatdırıb.
Bir saat ərzində gənclər öz fikir və duyğularını qələmə alıblar. İsmayıllı şəhər 1, 2, 3 ,4, 5, 6 və 7 nömrəli, Cülyan, Talıstan, Diyallı kənd tam orta məktəblərindən gələn 30 şagirdin iştirak etdiyi inşa-yazı müsabiqəsinin nəticələri komissiyasının yoxlamasından sonra bəlli olacaqdır.