İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Şəbiyan kəndində sakinlərlə görüşüb
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun müntəzəm xarakter daşıyan sakinlərlə görüş-qəbullarının növbətisi Keyvəndi İƏD-nə daxil olan Şəbiyan kəndində keçirilib. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin qayğısı, diqqəti sayəsində bütövlükdə İsmayıllının, xüsusilə hər bir ərazi dairəsinin problemlərinin həllinin şahidi olan şəbiyanlılar başçının görüş-qəbuluna mütəşəkkil qaydada gəlmişdilər.
Tədbiri giriş nitqi ilə açan RİH-nin başçısı Mirdaməd Sadıqov ərazinin yol infrastrukturunun yenilənməsindən, yeni iş yerlərinin açılmasından, sosial-iqtisadi inkişafın sürətləndirilməsi məqsədilə həyata keçiriləcək layihələrdən ətraflı danışıb. Qeyd edib ki, Bilistana çəkiləcək asfalt yol daxil olmaqla İƏD-də olan hər bir kəndin, hər bir sakinin sosial həyatı və məşğulluğunun artırılması, xidmət sahələrinin müasir standartlar səviyyəsində inkişafı rayon icra hakimiyyəti rəhbərliyinin diqqətində olan gündəlik məsələdir.
Müsənnif İbrahimov, Telman Aslanov dövlət başçısına dərin minnətdarlıqlarını bildiriblər.
Görüş-qəbul iştirakçıları əraziyə qaz xətti çəkilməsini, transformator quraşdırılmasını, bir neçə evin bərpasının vacibliyini, məktəbə qədər olan qısa bir məsafənin asfaltlanmasına ehtiyac olduğunu diqqətə çatdırıblar.
Qaldırılan hər bir məsələ ilə əlaqədar müvafiq tapşırıqlar verilib.