Kürdmaşıda iftar süfrəsi açıldı.
05 avqust 2013 | 15:00
Dini ayinləri icra edən müsəlman qardaşlarımızın sayı artmaqdadır. Allah adamı, mərhəmətli insan və imam övladının iyulun 3-də Kürdmaşıda açdığı iftar süfrəsi bunu bir daha göstərdi. İnsanlar bayram səviyyəsində başa vurulan növbəti orucluq gününə minnətdarlıqla, ruhi rahatlıqla, ölkənin inkişaf səviyyəsindən yaranan razılıqla gəlmişdilər. Allah rizasına açılan iftar süfrəsinin mənəvi dəyərini hər bir iştirakçı yüksək qiymətləndirdi.
Sahib Gənciyev Qurani-kərimdən surə oxudu, Məcid Mustafayev azan verdi, Şahzadə Əfəndi iftar açılanda və sonda dualar oxudu