Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq Ailə günü yerlərə gedişlə qeyd olunub

15 may 2019 | 16:00

15 may Birləşmiş Millətlər Təşkilatının qərarı ilə  dünyada Beynəlxalq ailə günü kimi qeyd olunur. Azərbaycanda ailə bütün zamanlarda cəmiyyətimizin ən müqəddəs təməl daşı hesab olunub. Ulu öndər Heydər Əliyev Azərbaycan ailəsi və onun problemlərini həmişə diqqətdə saxlayardı. Bu münasibət indi də Dövlət başçımız İlham Əliyev tərəfindən həssaslıqla davam etdirilir.
  Yerli İcra Hakimiyyətləri də məsələyə eyni həssaslıqla yanaşırlar. İsmayıllı rayon İcra Hakimiyyətinin təşkilataçılığı ilə İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin bu günlə əlaqədar nümunəvi ailələrlərlə keçirtdiyi görüşlərdə İcra Hakimiyyətinin əməkdaşlarının, rayon ziyalılarının yaxından iştirakı bunun bariz nümunəsidir. Həmin gün rayonun Buynuz, Cülyan, Qalınçaq kəndlərində, habelə İsmayıllı şəhərində el arasında böyük nüfuzu olan, örnək ailə kimi tanınan bir neçə ailə ziyarət olundu, onlara hədiyyələr təqdim edildi.11 övlad böyüdüb boya-başa çatdıran, bu il evliliklərinin 50 illiyini qeyd edən Buynuz kənd sakini Əlosman Ocaqovun, 40 ildən çox pedaqoji stajı olan cülyanlı  Rafiq Orucovun, Qalınçaq sakini, şəhid anası Dursun Seyidovanın,  bu günlərdə 100 yaşını qeyd edən müharibə və əmək veteranı, Babək küçəsində yaşayan Şirmayı Mirzəliyevanın ailərinə gediş hamıda xoş əhval -ruhiyyə yaratdı. Təbii ki, elə ailələr də bu gedişdən, bu ziyarətdən çox məmnun oldular. 80 yaşlı Əlosman kişi, 91 yaşlı Zəri nənə, şəhid anası Dursun Seyidova, 100 yaşlı Şirmayı Mirzəliyeva  xatırlandıqları, unudulmadıqları üçün, onlara göstərilən qayğıya görə dövlətimizə, Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya  minnətdarlıq etdilər.
Ailələrə ziyarətdə Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, rayon ağsaqqallar şurasının sədri Valeh Salehov və mətbuat işçiləri iştirak ediblər.

Keçidlər