Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı Slavyan Universitetinin professor-müəllim və tələbə heyətinin İvanovka kənd tam orta məktəbində görüşü keçirilib.

17 may 2019 | 16:00

17 may 2019-cu il tarixdə Bakı Slavyan Universitetinin  Filologiya və xarici dil müəllimliyi fakültəsinin professor- müəllim və tələbə heyətinin İsmayıllıya səfəri olub. Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov universitetin müəllim və tələbə heyətini qəbul edib, onlarla görüş keçirib. Başçı rayona bu səfərin böyük əhəmiyyət daşıdığını bildirib. Universitetin prorektoru T.Cəfərov səmimi qarşılanmaya görə RİH başçısı Mirdaməd Sadıqova minnətdarlığını ifadə edib.
  Görüş  Heydər Əliyev adına İvanovka kənd tam orta məktəbində davam etdirilib. “Azərbaycanda Rus-dilli Məktəblər Assosiasiyası” ilə birgə məhşur rus yazıçısı V.M.Şukşinin 90 illik yubleyinə həsr olunmuş “Milyonlarla ürəklər bir istəkdə qovuşur” adlı tədbir keçirilib.  Tədbirdə Bakı Slavyan Universitetinin prorektoru T. Cəfərov, filologiya fakültəsinin dekanı G. Əliyeva, “Azərbaycanda Rus-dilli Məktəblər Assosiasiyası”nın sədri L.Yakunina və universitetin tələbələri Şukşinin həyat və yaradıcılığı ilə əlaqədar çıxışlar ediblər. İvanovka kənd tam orta məktəbinin şagirdləri Şukşinin yaradıcılığından  hazırlanmış kompozisiya nümayiş etdiriblər.
Tədbir Rus icmasının nümayəndələri ilə çay süfrəsi arxasında görüşlər davam etdirilib. Azərbaycanda, onun bir parçası olan İsmayıllıda tolerantlıq və multikulturalizmin həyat tərzinə çevrildiyi qeyd olunub.

Keçidlər