Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı RİH başçısının əhali ilə görüşləri intensivləşib

20 may 2019 | 16:00

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov rəsmi qəbul və cədvəldə nəzərdə tutulan görüş-qəbul günlərini gözləmədən hər bir iş gününə şəhərin müxtəlif ərazilərində, digər yaşayış məntəqələrində sakinlərlə görüşlə başlayır.
Rayon icra hakimiyyətinin başçısı bu gün Uştal kənd sakinləri ilə görüşüb, onlarla həmsöhbət olub.
Uştal kəndinin əhalisi bütünlüklə Qərbi Azərbaycandan  gəlmiş soydaşlarımızdır. Dövlətimizin, Prezidentimizin qayğısı, RİH-nin  məsuliyyətli münasibəti nəticəsində problemlər ardıcıl olaraq həllini tapır. Burada 20-yə qədər fərdi ev və məktəb tikilib. Kəndə asfalt yol və su xətti çəkilib. Elektrik təsərrüfatında təmir işləri aparılıb.
Bütün bunların dövlətimizin və ölkə Prezidenti cənab İlham Əliyevin tükənməz qayğısının nəticəsi olduğunu deyən Mirdaməd Sadıqov daha sonra sakinləri dinləyib.
Görüş iştirakçıları əsasən kəndə tezliklə qaz xətti çəkilməsinə yardımçı olmağı başçıdan xahiş ediblər. Enerji təchizatının daha da yaxşılaşdırılması, asfalt yolun təmiri və hərəkəti tənzimləyən işarələrin qoyulması, bir kəmər üstündə olan kəndlər arasında su verilişinin tənzimlənməsi xahiş və təkliflər sırasında olub.
RİH-nin başçısı Mirdaməd Sadıqov hər bir məsələnin həllinə sona qədər nail olmaq üçün tapşırıqlar verib, aid qurumlara müraciət ünvanlayıb.

Keçidlər