Şriftin ölçüsü :

Saytın rəngi :

Nümayəndə günü keçirildi

24 may 2019 | 16:00

24 may 2019-cu il tarixdə Rayon Icra Hakimiyyətinin inzibati binasının iclas zalında növbəti “Nümayəndə günü” keçirilmişdir. RİH başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov iclas iştirakçılarını salamladıqdan sonra onları iclasın gündəliyi ilə tanış etdi.
Gündəlikdə duran birinci məsələ 2019-cu ilin taxıl yığımı və ot tədarükü mövsümündə yanğın hallarının baş verməməsi istiqamətində aparılacaq təhlükəsizlik tədbirləri haqqında RIH başçısının 15 may 2019-cu il tarixli, 68 nömrəli sərəncamı ilə İƏD üzrə nümayəndələr və bələdiyyə sədrləri tanış edildi. R.Səmədov sərəncamın icrasının vacibliyini bildirərək qarşıda duran vəzifələrin icrası ilə bağlı müvafiq  İƏD üzrə nümayəndələrə tapşırıq və bələdiyyə sədrlərinə tövsiyələrini verdi.
Gündəlikdə duran ikinci məsələ - İƏD üzrə nümayəndəliklərin ərazilərində İcbari sığortanın təşkilinin vəziyyəti barədə Rüstəm Səmədov məlumat verdikdən sonra sözü Azərsığorta Şirkəti İsmayıllı rayon filialının direktoru Zenfira Əhmədovaya  verdi.
Z.Əhmədova icbari sığortalar haqqında Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli qanununa əsasən fiziki və hüquqi şəxslərə məxsus Daşınmaz əmlak (yaşayış evləri, mənzillər və tikililər) icbari qaydada sığorta olunmalı və qanunda qeyd olunduğu kimi qanunun icrası yerli icra orqanlarına həvalə edildiyini bildirdi. “İcbari sığortalar haqqında ” Azərbaycan Respublikası Qanununun Xüsusi bölməsini nəzərə catdıraraq nümayəndəliklərin ərazisində əhalinin daşınmaz əmlakın yanğın, təbii fəlakət və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edildiyini bildirdi və əhali arasında maarifləndirmə işinin daha da artırılmasını tövsiyyə etdi.
Gündəlikdə üçüncü məsələ barədə şöbə müdiri Rüstəm Səmədov çıxış edərək qeyd etdi  ki, 2019-cu ilin ikinci yarısı üçün abunə tapşırığının icrasının vaxtında təmin edilməsi ilə əlaqədar tövsiyə və tapşırıqlarını verərək İƏD üzrə nümayəndələrə və bələdiyyə sədrlərinin diqqətinə İsmayıllı Mətbuatyayım şöbəsinin müvafiq abunə bölgüsünü çatdırdı.
Sonda yığıncaq iştirakcılarını maraqlandıran suallar cavablandırılıb.

Keçidlər