YAP İsmayıllı rayon təşkilatı Gənclər Birliyinin konfransı keçirilib
25 may 2019-cu il tarixdə YAP İsmayıllı rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib.
Əvvəlcə Rayon rəhbərliyi, YAP rayon təşkilatı, qabaqcıl gənclər tərəfindən Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub.
Gənclərin əl işlərindən ibarət sərgiya baxış keçirdilər.
Konfransı YAP İsmayıllı rayon təşkilatının sədri Sevil Əhmədova açıb. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra gənclər siyasətinin dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildiyi vurğulanıb. Gənclərimiz bütün çağırışlara lazımi şəkildə cavab vermək, göstərilən etimadı doğrultmaq, müstəqil dövlətçiliyimizin möhkəmləndirilməsi naminə həyata keçirilən quruculuq prosesində fəal iştirak etmək, müasir Azərbaycanın gəncləri olaraq özlərini cəmiyyətin fəal təbəqəsi kimi təsdiqləmək, Ulu Öndər Heydər Əliyev ideyalarına sədaqət, dövlətə və dövlətçiliyə bağlılıq, Prezident İlham Əliyevin siyasətini birmənalı şəkildə dəstəkləmək iqtidarında qeyd olunub.
GB-nin sədr müavini Qönçə Ağazadə hesabat məruzəsi ilə çıxış edib. Gənc fəallar Ülvü Şamilov, Sevinc Novruzova, Mehman Cəfərov və Gülşən İldırımlı çıxış edərək hesabat dövründə rayon təşkilatının sosial bazasının daha da genişləndiyini qeyd ediblər. Onlar razılıq hissi ilə bildirdilər ki, rayonda böyük işlər görülüb, insanlara diqqət və qayğı artıb, sosial problemlərinin həlli istiqamətində ciddi dönüş yaranıb, rahat avtomobil yolları çəkilib, yeni məktəb binaları, uşaq bağçaları, mühüm infrastruktur obyektlər inşa olunub. Bütün bunları, rayonun sosial-iqtisadi inkişafına, əhalinin həyat səviyyəsinin yüksəlməsinə Dövlət Başçısının töhfəsi kimi qiymətləndirilib.
Konfransda Milli Məclisin deputatları Novruzəli Aslanov, Sabir Hacıyev, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov və İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı, YAP İsmayıllı rayon təşkilatının şura üzvü Mirdaməd Sadıqov çıxış ediblər.
Konfransda YAP İsmayıllı rayon təşkilatı Gənclər Birliyinin hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab olunub.
Konfransda YAP İsmayıllı rayon təşkilatı Gənclər Birliyinin 17 nəfərdən ibarət Şurası və 9 nəfərdən ibarət idarə heyəti üzvlərinin tərkibi müəyyənləşdirilib.
Ariz Həsənov səsvermə yolu ilə YAP İsmayıllı rayon təşkilatı Gənclər Birliyinin sədri vəzifəsinə seçilib. Yeni Azərbyacan Partiyası Gənclər Birliyinin konfransına 2 nəfər nümayəndə seçilib.
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə YAP İsmayıllı rayon təşkilatı Gənclər Birliyinin konfrans iştirakçıları adından müraciət qəbul olunub.
Tədbirin sonunda partiya sıralarına daxil olmuş bir qrup gəncə üzvlük vəsiqələri təqdim olunub.