Şriftin ölçüsü :

Saytın rəngi :

DSK ixtisaslaşmış kurs keçirmişdir

08 avqust 2013 | 15:00

86 saylı İsmayıllı Dairə Seçki Komissiyası 05.08.2013 - 07.08.2013-cü il tarixdə “Azərbaycan Respublikasında İnsan Hüquqlarının  müdafiəsi  üzrə  Milli  Fəaliyyət  Planının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında dairə seçki  komissiyalarının  üzvləri və məntəqə seçki komissiyalarının sədrləri  üçün İsmayıllı  şəhərinin “Qala” şadlıq sarayında seçki hüququ üzrə ixtisaslaşdırılmış üç günlük kurslar keçirmişdir.
    Məlumat üçün bildiririk ki, bu kurslar 29 iyul – 02 avqust 2013-cü il tarixlərində Mərkəzi Seçki Komissiyasında Dairə Seçki Komissiyalarının sədrləri üçün keçirilmiş kursların davamıdır.
       Kurslarda 86 saylı İsmayıllı Dairə Seçki Komissiyasının sədri Əlirəmzi Məhərrəmovun, Mərkəzi Seçki Komissiyasının əməkdaşı Rafiq Abbasovun, RİHB-nın
I müavini Rövşən Ağayevin, rayon prokuroru Rahib Seyidovun, rayon  Məhkəməsinin hakimi Azad Əliyevin, rayon Polis şöbəsinin əməkdaşı Əhməd Hacıyevin çıxışları dinlənilmişdir.

Keçidlər