Rayon könüllüləri ilə növbəti görüş keçirilib.
30 may 2019 | 16:00
30 may 2019-cu il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyətində könüllülük fəaliyyətinə qoşulan gənclərlə növbəti görüş keçirilib. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, RİH başçısı aparatının baş məsləhətçisi- könüllilərlə iş üzrə koordinator Namiq Kərimov və 10 nəfər könüllü iştirak edib. Görüşdə könüllülərin fəaliyyətləri, təklifləri və iş prinsipləri müzakirə olunub. Görüş zamanı gənclər tərəfindən müxtəlif layihələr təqdim olunub və bu layihələrin icrası barədə geniş müzakirələr aparılıb.