RİH başçısı yanında şuranın iclası keçirilib.
31 may 2019-cu il tarixində İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclası keçirilib. Şura iclasında RİH-nin başçısı cənab Mirdaməd Sadıqov, RİH başçsı aparatının aid şöbələri və rayonun aidiyyəti idarə, müəssisə rəhbərləri iştirak edib.
İclasda “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq görülmüş işlər və onun daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər, Xidmət təşkilatlarının gördüyü işlər, buraxılış obyektlərində işlərin gedişi və qarşıda duran vəzifələr, Rayon ərazisində aparılan tikinti işlərinin qanunvericiliyə uyğun olması vəziyyəti və qarşıda duran vəzifələr, 2019-cu ilin yanvar-aprel aylarında İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı tərəfindən ərazilərdə keçirilən səyyar qəbullarda vətəndaşlar tərəfindən edilən müraciətlərin icra vəziyyəti və qarşıda duran vəzifələr barədə mövzuları əhatə edən müzakirələr olub.
Müzakirə olunan məsələlərlə bağlı çıxış etmək istəyənlərə söz verilib, mövzular ətrafında müzakirələr və təhlillər aparılıb və qərarlar qəbul edilib.