Azərbaycan Respublikası Gənclər və İdman naziri İsmayıllıda vətəndaşları qəbul edib
İyunun 7-də gənclər və idman naziri Azad Rəhimov İsmayıllı rayonunda, İsmayıllı, Qəbələ, Oğuz rayonlarından olan vətəndaşları qəbul edib.
Heydər Əliyev Mərkəzində baş tutan qəbulda ümumilikdə 15 nəfər vətəndaş iştirak edib. Müraciətlər gənclər və idman sahələri, idman qurğularına idman avadanlığının verilməsi, QHT-lərin yaradılması, idmançıların beynəlxalq yarışlarda iştirakı ilə bağlı olub.
Gənclər evlərinin tikintisi, fəxri adların və məşqçilik dərəcələrinin verilməsi, eyni zamanda, şəxsi məsələlər də müraciətlər sırasında olub. Müraciətlərin bir qismi yerindəcə həll edilmiş, nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlərin isə qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilib. Bir qisim müraciət isə baxılması üçün icraya yönəldirilib