İkinci “Xeyr-şər” evi
07 avqust 2013 | 15:00
Avqust ayının 5-də Ramazan ayının daha bir fəzilətli, mərhəmətli ,insana qayğının təzahürü olan bir günü yaşandı. Melioratorlar qəsəbəsi, Zərdabi küçəsində “Xeyr-şər” evi açıldı. Açılışda Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Millət vəkili Novruz Aslanov, xeyirxah əməllər sahibi Hacı Əşrəf iştirak etdilər.
Yeni məkanda ehtiyaclı insanlar üçün iftar süfrəsi açıldı. Cümə məscidinin imamı Şahzadə Bilalov, Məhəmmədiyə məscidinin axundu Sahib Pənciyev, dini icma sədrləri Hikmət Əhmədov və Amil Abdulov yasin və dualar oxudular, azan verdilər.
Dəvət olunanlar bu xeyirxah əməl sahiblərindən, mərhəmətli insanlardan razı qaldıqlarını bildirdilər.