Şriftin ölçüsü :

Saytın rəngi :

“Narkomaniya-könüllü ölümdür” mövzusunda rəsm müsabiqəsi keçirilib.

08 iyun 2019 | 16:00

Yeniyetmə və gənclərin zərərli vərdişlərdən  çəkindirilməsi, onların asudə vaxtlarının səmərəli təşkili cəmiyyətin, ictimai təşkilatların, təhsil müəssisələrinin əsas vəzifələrindədir.
               “Futbolçulara Hüquqi Yardım Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının köməyi ilə gənclərin zərərli vərdişlərdən çəkindirilməsi layihəsinin icrasına başlanılıb.
                 İsmayıllı Rəsm Qalereyasında yuxarıda adı çəkilən İctimai Birliyin və İsmayıllı RİH-nin birgə təşkilatçılığı ilə rəsm müsabiqəsi keçirilib. Tədbirdə “Narkomaniya-könüllü ölümdür” mövzusu əsasında şagirdlər rəsm əsərləri çəkiblər.
               Müxtəlif ümumtəhsil məktəblərini təmsil edən tədbirdə 40-a yaxın şagird iştirak edib. Münsiflərin rəyinə əsasən şəhər 3 saylı tam orta məktəbin şagirdi Nəzrin Mirzəyeva birinci,1 və 5 saylı məktəbin şagirdləri Fatimə Ramazanova, Rəsulzadə Rəsul ikinci,şəhər 1 saylı və Vəng tam orta məktəbinin şagirdləri Aysun Manaflı və Fərqanə Qəribova üçüncü yerə layiq görülüblər. Daha 5 nəfər məktəbli müsabiqənin həvəsləndirici mükafatlarını alıb.
                  Tədbirin təşkilatçısı olan  “Futbolçulara Hüquqi Yardım Mərkəzi” İctimai Birliyi tərəfindən qaliblərə fəxri fərmanlar və qiymətli hədiyyələr verilib.

Keçidlər