“İnsan Hüquqları Aylığı” çərcivəsində tədbir
11 iyun 2019 | 16:00
İsmayillı Rayon İcra Hakimiyyəti hər il olduğu kimi bu il də “İnsan Hüquqları Aylığı” çərçivəsində müxtəlif tədbirlər keçirməkdə davam edir. 11.06.2019-cu il tarixdə İsmayıllı şəhər 2 nömrəli məktəbin iclas zalında “Cəmiyyətdə İnsan hüquqlarının və azadlıqlarının təminatı” mövzusunda keçirilmiş seminar müşavirə belə tədbirlərdəndir.
Tədbiri giriş sözü ilə RİH başçısı aparatının Hüquq şöbəsinin müdiri açdı. Hüquq şöbəsinin məsləhətçisi Rasim Rəhimov İnsan Hüquqları aylığı barəsində ətraflı məlumat verdi. İsmayıllı şəhər 2 nömrəli məktəbin direktoru Ramil Dadaşov da mövzu ətrafında danışdı. Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı.