Müstəqil həyatın ilk zəngi olan “Son zəng” İsmayıllıda yüksək səviyyədə qeyd olunub.
Ənənvi olaraq «Son zəng» tədbirləri Ismayıllı rayonunun bütün 67 tam və ümumi orta məktəbində təntənəli şəkildə qeyd olunub.
İsmayıllı rayonunda 46 tam orta məktəbini bu il 769 nəfər şagird bitirir, 9-cuların sayı isə 963 nəfərdi.
1 saylı tam orta məktəbində “Son zəng” tədbiri yüksək səviyyədə qeyd olunub. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov iştirak edib. Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovu, məzunları, onların validenylərini və çoxsaylı qonaqları salamlayan 1 saylı tam orta məktəbin direktoru Gündüz Qədirov məktəb kollektivinin uğurlarını qeyd edib, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Respublika təhsilinə diqqət və qayğısından, rayon rəhbəri Mirdaməd Sadıqovun rayon təhsilə diqqətindən söz açıb. Bildirib ki, 2018/2019-cu tədris ilində 1 saylı tam orta məktəbində ümumilikdə 91 nəfər 11 sinif şagirdi məzun olub.
Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov tədbir iştirakçılarını və məzunları salamlayaraq onlara uğurlar arzulayıb Dövlət təhsil siyasətinin İsmayıllıda uğurla həyata keçirilməsindən danışıb. Bildirib ki, ölkəmizdə gənclərin yaşayış səviyyəsi durmadan yaxşılaşır, təhsil və digər problemləri uğurla həll edilir. Mirdaməd Sadıqov 2018-2019-cı dərs ilini müvəfəqiyyətlə başa çatdırdıqları üçün məktəb kollektivini bir daha təbrik edib, bu il məktəbi bitirən məzunlara təhsilin növbəti mərhələlərində uğurlar arzulayıb.
Qeyd edək ki, RİH-nin başçısı Təzəkənd, Diyallı kənd tam orta məktəblərinin “Son zəng” tədbirlərində də iştirak edib.