Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda Milli Qurtuluş Günü yüksək səviyyədə qeyd olunub

15 iyun 2019 | 16:00

Yeni Azərbaycan tarixi ümummilli liderimiz, xilaskarımız, müstəqilliyimizə əbədilik və dönməzlik xarakteri verən Heydər Əliyevin adı ilə bağlı dövlət bayramları, tarixi günlər, milli iftixar doğuran hadisələrlə zəngindir.
15 iyun bu zənginliyi daha da artıran, daha xarakterik edən, əsil milli və dövlət bayramına çevirən əlamətdar bir gündür.
İsmayıllılar sevinərək, Ulu öndərə rəhmət diləyərək bu tarixi günü – ölkədə dağıntıya, xaosa, vətəndaş müharibəsinə, dərəbəyliyə, rəhbərsizliyə, ordusuzluğa, işğalın davamına son qoyan Milli Qurtuluş gününü bayram etmək üçün ümummilli liderin şərəfli adını daşıyan parka toplaşmışdılar.
Tədbir giriş sözü ilə açıldıqdan sonra şəhər 1 saylı tam orta məktəbin şagirdlərinin ifasında Dövlət himni səslənib.
İsmayıllı Regional Mədəniyyət İdarəsi rəisinin müavini Azər Abbasov Milli Qurtuluş Günü barədə - “Heydər Əliyev Azərbaycanın xilaskarıdır” mövzusunda  məruzə edib.
Ümummilli lider Heydər Əliyevin şəninə yazılmış, Vətənimizə, ordumuza həsr olunmuş şeirlər, mahnılar, musiqi nömrələri ifa olunub.
İvanovkanın, Mollaisaqlının, Hacıhətəmlinin, Lahıcın, Qalacığın, Sumağallının folklor qrupları bayram şənliyinə forma və məzmunca zənginlik gətirib, əsil bayram əhval-ruhiyyəsi yaradıblar.
Hər bir çıxışda dahi şəxsiyyət, milli taleyimizin təminatçısı, xilaskarımız, Azərbaycanı Beynəlxalq aləmdə tanıdan, ölkəmizə əbədi  və dönməz olan müstəqillik bəxş etmiş Heydər Əliyev minnətdarlıqla xatırlanıb.
Tədbirdən əvvəl ümummilli liderin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.

Keçidlər