İsmayıllıda qanvermə aksiyası keçirilib
18 iyun 2019 | 16:00
18.06.2019-cu il tarixdə Talassemiya xəstəliyindən əziyyət çəkən xəstə uşaqlara köməklik məqsədi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə B.Eyvazov adına Hematologiya Transfuziologiya İnsitutunun nəzdində fəaliyyət göstərən Mərkəzi Qan Bankının nümayəndələrinin iştirakı ilə İsmayıllı rayonunda qanvermə aksiyası keçirilib. Rayon Mərkəzi Xəstəxanasında keçirilən aksiyada hüquq mühafizə orqanları əməkdaşları, gənclər, Peşə Tədris Mərkəzinin müəllim və şagirdləri daha fəal iştirak ediblər.