Şriftin ölçüsü :

Saytın rəngi :

Qaliblərin sırası sıxlaşır.

08 avqust 2013 | 15:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 6 avqust 2013-cü il tarixli sərəncamı ilə “Ən yaxşı ümumtəhsil müəssisəsi” müsabiqəsində müvəffəqiyyət qazandıqlarına görə şəhər 1 saylı, Lahıc qəsəbə və Talıstan kənd tam orta məktəbləri 10 min manat məbləğində pul mükafatı ilə mükafatlandırılmışdır.
“Ən yaxşı müəllim”  müsabiqəsinin qalibləri-şəhər 1 saylı tam orta məktəbin müəllimi Ruhiyyə Mahmudova, 2 saylı tam orta məktəbin müəllimi şəkər Hacıyeva, 6 saylı tam orta məktəbin müəllimi Minazər İsgəndərova və 3 saylı tam orta məktəbin müəllimi Brilyant Mursalova hər biri 5 min manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırılıblar.
Qalibləri təbrik edirik.
İsmayıllı təhsilinin qazandığı uğurlara rayonumuzun bütün əhalisi sevinir.
Qaliblərimizin sırası ilbəil sıxlaşır.

Keçidlər